İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlar dekabrın 27-də Vyanada davam etdiriləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Aİ XİN baş katibinin müavini və JCPOA üzrə Birgə Komissiyanın əlaqələndiricisi Enrike Mora məlumat yayıb.
"Vyanada danışıqlar Bazar ertəsi, dekabrın 27-də davam etdiriləcək. Birgə JCPOA Komissiyası müzakirə və irəliləyiş yolu müəyyən etmək üçün toplanacaq", - deyə o, "Twitter" səhifəsində yazıb. Pepperoni pizza
Telegram kanalımız