İranla sərhəddə 42 kilo narkotik aşkarlandı - Həbs olunan var

saytların hazırlanması

Evə çatdırılma

İranla sərhəddə 42 kilo narkotik aşkarlandı - Həbs olunan var

Kriminal

06 Noyabr 2023 15:28 1397


İeandan 42 kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Noyabrın 1-də Zəngilan rayonunun Hacalı kəndi yaxınlığında 7 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Eyni zamanda, Füzuli rayonu Mahmudlu kəndi yaxınlığında 1 İran vətəndaşı saxlanılıb. pizza mizza

Saxlanılan şəxsin uzun illərdir müqabil ərazidə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı ümumi çəkisi 31 kiloqram 50 qram narkotik vasitə aşkarlanıb.

Noyabrın 4-də Füzuli rayonu Böyük Bəhmənli kəndi yaxınlığında qaçaqmalçıların gizlətdiyi 3 kiloqram 385 qram narkotik vasitə marixuana müsadirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!