İranla Vyana danışııqları dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

İranla Vyana danışııqları dayandırıldı

Dünya

18 Dekabr 2021 13:15 1002


Qərb dövlətlərinin İranla nüvə danışıqları dayandırılıb.

Yenisabah.az xəbər verir ki, Vyana danışıqlarının yenidən dayandırılması əsnasında Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov cümə günü “Newsweek” jurnalına müsahibə verib.

O bildirib: "ABŞ və İran İranın nüvə proqramı üçün Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) bərpa etmək üçün həll yollarını axtarmaqda mümkün qədər çevik olmalıdır. Biz əminik ki, nə İran, nə də ABŞ gərginliyin artmasında maraqlıdır. Buna görə də, bütün tərəfləri maksimum çeviklik nümayiş etdirməyə və JCPOA-nı canlandırmaq üçün qarşılıqlı məqbul həllərin axtarışına töhfə verməyə çağırırıq". pizza mizza

Rusiyalı diplomat əlavə edib ki, nüvə sazişi “bütün nöqteyi-nəzərdən həm iştirakçılar, həm də bütün dünya birliyi üçün məsuliyyət və faydaların optimal birləşməsini təmsil edir”.

Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi "beşliyi" və Almaniya tərəfindən nüvə proqramı ilə bağlı böhrandan çıxmaq üçün İranla imzalanıb.

ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə JCPOA-dan çıxmaq barədə qərar vermişdi. Amerika administrasiyasının hazırkı rəhbəri Co Bayden dəfələrlə ABŞ-ı Tehranla nüvə razılaşmasına qaytarmağa hazır olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!