Ölkənin nüvə mərkəzləri tam təhlükəsizlikdədir.
Yenisabah.az Sepahnews-a istinadla xəbər verir ki, bunu İranın nüvə mərkəzlərinin mühafizəsi və təhlükəsizlik korpusunun komandiri briqada generalı Əhməd Haqtələb bildirib.
Onun sözlərinə görə, o, İslam Respublikası silahlı qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu vurğulayıb: pizza hut
"Sionist düşmənin (İsrail - red.) nüvə mərkəzləri barədə lazımi məlumatlara sahibik. Onun mümkün cavab hərəkətlərinə qarşılıq olaraq müəyyən hədəfləri məhv etmək üçün güclü raketlərdən istifadə olunacaq. Baxmayaraq ki, beynəlxalq protokollara və Beynəlxalq Nüvə Agentliyinin (IAEA) qaydalarına əsasən, nüvə obyektlərinə hücum qadağandır. Əgər sionist rejim ölkəmizin nüvə mərkəzlərinə hücum təhlükəsindən İrana təzyiq vasitəsi kimi istifadə etmək istəsə, İranın nüvə doktrinasına yenidən baxması və ondan kənara çıxması mümkün və ağlabatan addım olacaq”.
Telegram kanalımız