İranlı nazir Tehran görüşündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

İranlı nazir Tehran görüşündən danışdı

Dünya

23 Oktyabr 2023 16:41 346


“Tehranda 3+3 formatında xarici işlər nazirlərinin ilk görüşü Cənubi Qafqazüçün sülh, əməkdaşlıq və tərəqqi mərhələsidir”.

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian bildirib.

O əlavə edib: "Bu, regional oyunçuların və qonşuların iştirakı ilə Cənubi Qafqazda sülhün bərqərar olması və təhlükəsizlik çağırışlarına son qoyulması yolunun təməl daşı ola bilər".  pizza mizza

Xatırladaq ki, ötən il Moskvada 3+3 formatında XİN rəhbərlərinin müavinləri görüşüb. Bu dəfə Tehranda İran, Rusiya, Türkiyə, habelə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gələcək.

Gürcüstan tədbirdə iştirak etməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!