Bu gün İranda prezidentliyə namizəd Məsud Pezeşkian ölkənin mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirib.
Yenisabah.az Həmvətən-ə istinadla xəbər verir ki, görüşdə çıxış edən tanınmış ilahiyyatçı Ayətullah Mühəqqəq Damad Pezeşkiana xitabən deyib:
"Əziz İran torpağı sizin prezidentliyiniz dövründə bütün iranlılar üçün sığınacaq və pənah yeri olmalıdır. Bütün iranlı mühacirlərin ürəyi vətən üçün döyünür və onlar geri qayıtmalıdırlar. Marqarita pizza
Siz bu torpağın gözünün işığı və İranın bir hissəsi olan pak Azərbaycan torpağındansınız. O Azərbaycandan ki, İrana konstitusionalizm (Məşrutə) gətirib, İran millətini Qacar diktaturasından xilas edib. Siz Səttar xanın, Bağır xanın torpağındansınız və bu gün insanlar sizdən də eyni cəsarəti gözləyirlər".
Telegram kanalımız