İranyönlü "İraq İslami Müqaviməti" İsrail daxilindəki hədəflərə qarşı uzaqmənzilli qanadlı raketlərdən istifadə etdiyini bildirib.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, o, Təl-Əvivdəki "Mossad"ın obyektinə və şəhərdəki başqa bir hədəfə, həmçinin Beerşebadakı kəşfiyyat mərkəzinə hücum etdiyini bildirib.
Qrup başqa bir açıqlamada İordaniya ilə İordan çayının qərb sahili arasındakı Ölü dəniz bölgəsində "mühüm İsrail hədəfini" vurduğunu iddia edib. Dominos pizza
"İraq İslami Müqaviməti" fələstinlilərə dəstək məqsədilə hücumları davam etdirəcəyinə söz verib.
“The Jerusalem Post”, öz növbəsində, qeyd edir ki, İraqdan İsrailə doğru uçan heç bir raket qeydə alınmadığını yazıb.
Telegram kanalımız