İraq Quranın yandırılmasına görə İsveçlə iqtisadi əlaqələri kəsir 

saytların hazırlanması

Evə çatdırılma

İraq Quranın yandırılmasına görə İsveçlə iqtisadi əlaqələri kəsir 

Dünya

21 İyul 2023 09:01 623


Stokholmda Quranın növbəti dəfə təhqir edilməsindən sonra İraq İsveçlə iqtisadi əlaqələri dayandırıb. 

Yenisabah.az xəbər verir ki, bundan əvvəl Stokholmdakı məscidin qarşısında müqəddəs kitabı yandıran 36 yaşlı iraqlı qaçqın Salman Momika iyulun 20-də İraqın İsveçdəki səfirliyinin binasının önündə Quranı təhqir edib. 

Vandalizm aktı İsveç polisinin razılığı ilə törədilib və İraqda geniş etirazlara səbəb olub. Belə ki, etirazçıların bir qrupu İsveçin Bağdaddakı səfirliyinin binasını yandırıb.  Sezar pizza

İraq hökuməti İsveç səfirindən dərhal ölkəni tərk etməyi tələb edib, habelə öz səfirini də Stokholmdan geri çağırıb. Bununla yanaşı, İsveçlə diplomatik münasibətlərin ləğv ediləcəyi ehtimalı irəli sürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!