“İrəvan Brüsseldə “satıldı”, bədəlini ödəyəcəyik” - Tevanyan

saytların hazırlanması

Evə çatdırılma

“İrəvan Brüsseldə “satıldı”, bədəlini ödəyəcəyik” - Tevanyan

Siyasət

08 Aprel 2024 00:08 3088


“Aprelin 5-də Brüsseldə keçirilən görüşdə Ermənistanın ukraynalaşdırılmasının qiymətini dəqiqləşdirdilər”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin keçmiş deputatı Andranik Tevanyan deyib.

Tevanyan bildirib ki, ABŞ, Aİ və Ermənistan rəsmiləri arasında keçirilən görüşün nəticəsi İrəvan üçün yaxşı olmayacaq: pizza hut

“Brüsseldə Ermənistan üzərindən Rusiya və İrana qarşı danışıqlar aparıldı. İrəvan bunun bədələni ödəyəcək, Bakı isə fayda götürəcək. Hər kəs öz mənafeyini güdür. Onlar maraqlarını bizim üzərimizdən təmin etməyə çalışırlar. Bizim üçün müsbət heç nə olmayacaq. Artıq məsələ Qarabağ da deyil. O mövzu elə Qərb tərəfindən 2022-ci ildə Praqada imzalanan sənədlə bağlandı. Brüsseldə açıqlanan 270 milyon isə Ermənistana verilən dəyər idi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!