İrəvan küncə sıxışdırıldı: Ermənistan bəzi əraziləri Azərbaycana verə bilər

saytların hazırlanması

Evə çatdırılma

İrəvan küncə sıxışdırıldı: Ermənistan bəzi əraziləri Azərbaycana verə bilər

Siyasət

15 Aprel 2024 13:47 3872


Haaqa Sülh Sarayında "Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası"na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında 18 yanvar 2023-cü il tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb. Bəs məhkəmə prosesinin gedişinə uyğun olaraq, Ermənistan 30 illik işğal dövründə Azərbaycana dəymiş ziyanı hansı formada qarşılayacaq? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırda bu mövzuda Azərbaycan tərəfinin yetərincə sübutları var: Toyuqlu pizza

“Azərbaycanın şikayəti əsasında 30 illik Ermənistan işğalı nəticəsində Azərbaycana vurulmuş ziyanla bağlı Beynəlxalq Haaqa Məhkəməsində araşdırma başlayıb. Qeyd edim ki, Haaqa tribunalı əsasən cinayət işləri üzrə formalaşmış məhkəmədir. Burada müharibə cinayətləri, müharibə cinayəti törətmiş şəxslərin əməlləri araşdırılır və konkret şəxslər üzrə qərarlar qəbul olunur. Azərbaycan tərəfinin verdiyi ərizə və şikayətlər araşdırma nəticəsində təsdiqini tapmış olarsa, Ermənistan tərəfinin Azərbaycana tərəfinə qarşı müharibə cinayətləri törətməsi və vurulmuş zərər təsdiqini tapacaqdır. Bundan başqa, siyasi meydanda zaman-zaman gedişlərin olması və ATƏT-in Minsk qrupu kimi bir institutun dövlətlərarası münaqişələri tənzimləmək və onlar arasında sülh danışıqlarını inkişaf etdirmək məqsədi ilə yaradılması da əsas sübutlardan biridir. Dövlətlərin, o cümlədən, SSRİ-nin tərkibindən çıxmış Azərbaycan və Ermənistanın zamanında BMT-yə müraciət etməsi də onların həmin zamana aid ərazilərinin konkret təsdiqlənməsi də öz sübuti əhəmiyyətini saxlamaqdadır”. 

Hüquqşünas qeyd edib ki, Ermənistan təyin olunacaq təzminatı ödəyə bilməsə, torpaq mübadiləsi ilə əvəz edə bilər:

“Qeyd edim ki, bu məsələdə Azərbaycan tərəfinin şikayəti əsaslı olarsa, həmin şəxslər barədə müvafiq həbslər və konkret cəzalar müəyyən olunacaq. Bunun nəticəsində Ermənistan tərəfinin Azərbaycana təzminat ödəməsi məsələsi meydana çıxacaq. Beynəlxalq hüquqda dövlətlərin bir-birinə qarşı vurmuş olduqları zərərlərlə bağlı kompensasiyaların ödənilməsinin ən bariz nümunəsi Almaniyanın yəhudi əsilli şəxslərə ödədiyi təzminatdır. Təzminat məbləğinin böyüklüyü zərər vurmuş dövlət tərəfindən qarşılana bilmirsə, bu zaman zərərçəkmiş dövlətə ərazi verilməsi qarşılığında da həyata keçirilə bilir”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məzahir
    O Haaqada da erməni var və qalanları da ermənipərəst xalqlardır. Qorxuram hələ Azərbaycana təzminat ödətdirsinlər!
    2 years ago