“Prezident yerli televiziyalara müsahibəsində qısa və konkret şəkildə Azərbaycan şərtlərini bildirdi. Əgər Zəngəzur dəhlizi ilə bağlı şərtlər qəbul edilməsə, sərhədlər açılmayacaq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
O, dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı son fikirlərə toxunub. Dördpendirli pizza
Xatırladaq ki, Prezident İlham Əliyev çıxışında bildirib ki, əgər Ermənistan Mehri üzərindən yol verməsə, bundan sonra Azərbaycan sərhədinin heç bir tərəfini Ermənistanla açmaq fikrində deyil.
Öz növbəsində, F. Məmmədov diqqətə çatdırıb ki, dövlət başçısı müsahibəsində 8 kənd məsələsi ilə yanaşı, sərhədin müzakirəsi mövzusunu da dilə gətirib:
“Məncə, bunu sülh sazişindən sonra illər ərzində müzakirə edə bilərik. Əsas məsələ budur ki, biz İrəvanla münasibətlərimizi hər hansı bir formaya salaq. Burada qarşılıqlı fəaliyyət və əməkdaşlığı fərqləndirməliyik. Çünki bu, qarşılıqlı fəaliyyətdir, əməkdaşlıq isə qarşılıqlı mənfəət deməkdir.
Azərbaycan Prezidenti bildirib ki, biz sülh sazişi ilə qarşılıqlı fəaliyyəti formaya salıb əsas prinsiplərlə çərçivələndirib davam etdirməyə hazırıq. Şərtlərimiz aydın, ədalətlidir və beynəlxalq hüquqa əsaslanır.
O ki qaldı Ermənistanın buna olan cavabına, mənə elə gəlir ki, onlar da bu yolu seçəcəklər. Çünki Ermənistan müəyyən təhlükəsizlik zəmanətləri almaq istəyir, sülh sazişi də bu qarantiyaları özündə ehtiva edir. Artıq siyasi mühit də fərqlidir. Son 3 ildə Cənubi Qafqazda siyasi mühit nə dərəcədə dəyişdiyi aydın görünür. Belə olan halda bu dəyişikliyi ermənilər sülh sazişi ilə birlikdə gözləməyi seçməlidir. Yəni onlar sülh sazişi ilə birlikdə geosiyasi mühitin dəyişməsini gözləyəcəklər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız