İrəvanda “bozqurd” işarəsi göstərən türkiyəli bloqerdən açıqlama - Video

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda “bozqurd” işarəsi göstərən türkiyəli bloqerdən açıqlama - Video

Hadisə

31 İyul 2022 23:10 2227


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə türkiyəli bloqer Berkay Türkmenin İrəvandan paylaşdığı videolar Ermənistanda səs-küyə səbəb olub.

Yenisabah.az xatırladır ki, bloqer İrəvandakı qondarma “erməni soyqırımı” abidəsinin qarşısında “bozqurd” işarəsi göstərdiyi anları lentə alaraq sosial media hesablarında paylaşıb.

B.Türkmenin digər bir videosunda isə İrəvan küçələrində üzərində Türkiyə bayrağı olan geyimdə gəzdiyi diqqət çəkib.  Marqarita pizza

Sözügedən bu görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub, bundan narahat olan ermənilər həmin bloqerin tapılması ilə bağlı şərhlər yazıblar. Hətta onu tapanlara pul mükafatı da vəd edilib. 

İctimai TV İrəvandakı qondarma “erməni soyqırımı” abidəsinin qarşısında “bozqurd” işarəsi göstərən Berkay Türkmenlə bağlı süjet hazırlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!