İrəvanda etiraz aksiyası

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda etiraz aksiyası

Dünya

31 Dekabr 2021 20:47 1099


Ermənistan Baş Prokurorluğunun qarşısında “Aşot Yerkata azadlıq” adlı etiraz aksiyası keçirilir.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, aksiyanı baş nazir Nikol Paşinyana müxalif qüvvələr təşkil edib.

Onlar prokurorluqdan bir aydır ki, həbsdə olan “Sisakan” dəstəsinin komandirini və onun döyüş yoldaşı olmuş 3 zabitin azadlığa buraxılması tələbini səsləndirirlər. Dördpendirli pizza

Etirazçılar digər zabitlərin də günahsız yerə həbs edildiyini bildiriblər, onların tezliklə azadlığa buraxılmasını tələb edirlər.

İrəvan polisinin aksiya keçirilən ərazidəki yolları bağladığı bildirilir.

Qeyd edək ki, həbs olunan hərbçilər sərhəd hadisələrində yol verdikləri qanunsuzluqlara görə ittiham olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!