İrəvanda etirazçı tapılmır: küçəni bir adam bağladı - Video 

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda etirazçı tapılmır: küçəni bir adam bağladı - Video 

Dünya

26 Aprel 2024 10:46 625


İrəvanda Qazaxın 4 kəndinin qaytarılmasına qarşı etiraza cəhd uğursuzluğu getdikcə daha aydın özünü göstərir. 

Axar.az xəbər verir ki, müxalifətin Azərbaycana aid kəndlərin qaytarılmasından siyasi məqsədlər üçün istifadə etmək və Paşinyanın öz üslubu ilə - İrəvanda yolları bağlamaq və infrastrukturu iflic etməklə siyasi nəticəyə nail olmaq istəkləri alınmayıb. 

Bu gün bəlli olub ki, İrəvanda küçələrin biri cəmi 15 dəqiqə bağlı saxlanılıb – etirazçılar az olduğu üçün avtomobillərin hərəkətinə mane ola bilməyiblər.  pizza

Azadlıq prospektində isə yalnız bir yük maşınının sürücüsü yolu “etiraz olaraq” bağlayıb. Hadisə yerinə dərhal polis gəlib və yolu açmağa çalışır. 

Qeyd edək ki, 19 apreldə əldə edilən razılaşmadan sonra siyasi müxalifətin dəstəklədiyi azsaylı etirazçıların xaricdən maliyələşdiyi haqda erməni mediası məlumat yaymaqdadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!