İrəvanda gizli hazırlıq: Paşinyan əmr verdi   - Üç aya...

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda gizli hazırlıq: Paşinyan əmr verdi - Üç aya...

Siyasət

06 Fevral 2024 00:07 1263


Ermənistan Baş naziri Nikol Paşinyan gizli şəkildə erkən parlament seçkilərinə hazırlaşır.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Hakimiyyət həvəslə növbədənkənar parlament seçkilərinə hazırlaşır. Seçkilər zamanı yeni Konstitusiyanın qəbuluna çalışacaqlar. Marqarita pizza

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbəmizin dediyinə görə, bir həftə əvvəl bütün yerli, rayon və şəhər strukturlarına hazırlıq barədə göstəriş göndərilib. Əmr gizli şəkildə verilib ki, ictimai və müxalif dairələr heç nədən şübhələnməsinlər.

Mənbəmiz bildirir ki, Paşinyan yaxın üç ayda həm yeni Konstitusiyanın qəbulu, həm də növbədənkənar parlament seçkilərini reallaşdırmaq istəyir. Hazırlıq üçün kifayət qədər ciddi tədbirlər görüləcək”, - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!