İrəvandan Laçın dəhlizinə yürüş edən ermənilər sərhəddən geri qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

İrəvandan Laçın dəhlizinə yürüş edən ermənilər sərhəddən geri qaytarıldı

Hadisə

26 Dekabr 2022 19:34 3255


İrəvandan Laçın dəhlizinə avtoyürüş edən ermənilər Azərbaycanla sərhəddə erməni polisi tərəfindən dayandırılıb.

Yenisabah.az xəbər verir ki, bu gün səhər saatlarında bir qrup İrəvan ermənisi azərbaycanlıların aksiya keçirdiyi əraziyə gəlməyə cəhd edib.

Ermənilər Laçın yoluna çatsalar da, erməni polislər onları geri qaytarıb. pizza sifarişi

Yürüşdə iştirak edən Samvel Movsisyan deyib:

“Biz yolun bağlı olduğunu başa düşürük. Lakin öz tələblərimizi, yanaşmalarımızı və xahişlərimizi keçid məntəqəsinin nümayəndələrinə çatdırmağa çalışacağıq ki, qarşı tərəfə keçə bilək.

Rusiya sülhməramlıları ilə heç bir döyüş və ya toqquşma olmayacaq. Ermənistan polisi ilə birlikdə danışıqlar aparacağıq.

Bundan sonra rusiyalı tərəfdaşlarımıza tələblərimizi çatdırmağa davam edəcəyik. Sabah və ya o biri gün yenə gələcəyik”./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!