Ermənistanda olan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvandan sonra Bakıya gəlməyəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Klaarın ofisindən “Azadlıq” radiosuna bildiriblər.
“Bildiyiniz kimi, hazırda Azərbaycanda seçki kampaniyası dövrüdür, ona görə də hazırda Bakıya səfər planlaşdırılmır. Lakin Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə də sıx əlaqədədir və vaxtaşırı əlaqə saxlayır”. Sezar pizza
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ dövlət katibinin Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bono İrəvanda idi. Onun əsas məqsədi Vaşinqtonda üçtərəfli görüşün təşkili, Bakı ilə sülh müqaviləsinin yekunlaşdırılması və imzalanmasında irəliləyiş cəhdi idi. Lakin İrəvandan sonra Bono Bakıya səfər etməyib.
Telegram kanalımız