İnsanların hava limanında işə düzəltmək adı altında aldararaq pullarını ələ keçirən şəxs saxlanılıb
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb.
Əməliyyat Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. pizza mizza
Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Ona müraciət edən şəxsləri isə hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Telegram kanalımız