İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad ola bilərlər

saytların hazırlanması

Evə çatdırılma

İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad ola bilərlər

Sosial

14 Sentyabr 2020 14:11 519


Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün ƏƏSMN tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb.

Təklif qəbul edildiyi halda işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq. Toyuqlu pizza

Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!