“İşğalçılar informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır“ - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“İşğalçılar informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır“ - Nazir

Dünya

01 Mart 2022 16:46 532


"Əziz Ukrayna vətəndaşları, əldə etdiyimiz kəşfiyyat məlumatlarına görə, rus işğalçıları yaxın vaxtlarda genişmiqyaslı informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır. Onların məqsədi yalanların köməyi ilə Ukrayna xalqının və Ukrayna ordusunun müqavimətini qırmaqdır".

Yenisabah.az "Unian"a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O vurğulayıb: "İşğalçılar Ukraynanın hərbi-siyasi rəhbərliyinin təslim olmağa razılaşdığına dair xeyli saxta xəbərlər yayacaqlar. Bu saxtakarlığı “təsdiqləmək” üçün guya imzalı “sənədlər”, eləcə də montaj edilmiş saxta videolar yayılacaq. Buna qətiyyən İnanmayın. Təslim olmayacağıq! Sezar pizza

Unutmayın ki, Kiyevi 2-3 günə alacağını gözləyənlərin çoxu artıq cəhənnəmdədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!