İşğaldan azad edilmiş bu kəndlərin adları dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad edilmiş bu kəndlərin adları dəyişdirilir

Sosial

20 Noyabr 2020 13:12 815


İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir.

Yenisabah.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

İclasda “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanun layihələri daxil edilib. pizza hut

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!