İŞİD-in həbsxanaya hücumu: 15 YPG üzvünü əsir götürüldü

saytların hazırlanması

Evə çatdırılma

İŞİD-in həbsxanaya hücumu: 15 YPG üzvünü əsir götürüldü

Dünya

26 Yanvar 2022 16:45 697


Suriyanın şimal-şərqində, YPG-PYD nəzarətində olan Haseke vilayətində İŞİD silahlıları ani hücumla Sina həbsxanasına hücum edib və dustaqları azadlığa buraxıblar.

Yenisabah.az xəbər verir ki, YPG ilə İŞİD yaraqlıları arasında döyüş baş verib.

Aatışmalar zamanı 5-i uşaq 8 mülki şəxs, 49 nəfər YPG və 45 nəfər isə İŞİD terrorçusu ölüb. İŞİD 15 YPG üzvünü əsir götürüb. Dördpendirli pizza

Həbsxanadan qaçan 129 İŞİD terrorçusu isə yenidən ələ keçirilib. Sağ qalan terrorçular Huş əl-Baar və Qveyran məhəllələrində gizləniblər.

Hazırda ABŞ ordusunun desant qüvvələri və hərbi helikopterləri əraziyə tam nəzarət edir.

Qeyd edək ki, ABŞ bu bölgədə neft emalı zavodu tikməyi planlaşdırır. Həmçinin, Suriyanın taxıl anbarı sayılan bu ərazidə ABŞ-ın 5 hərbi bazası yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!