İsmayıllıda iki avtomobil qəzasında 6 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda iki avtomobil qəzasında 6 nəfər xəsarət aldı

Hadisə

24 Avqust 2022 21:12 1086


İsmayıllı rayonunda yol-nəqliyyat hadisələri baş verib, xəsarət alanlar var.

Yenisabah.az xəbər verir ki, rayonun Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Toyota" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Şərur sakini, 2001-ci il təvəllüdlü İbrahimov Nicat Ramin oğlu, həmyaşıdı İbrahimov Məhərrəm Səxavət oğlu, Bakı sakini, 1985-ci il təvəllüdlü Rzayeva Şəbnəm İlham qızı xəsarət alıb.

Həmçinin, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Balik kəndi ərazisindən keçən hissəsində "VAZ 2103" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay sakinləri, 1976-cı il təvəllüdlü Kərimov Seymur Nadir oğlu, 1959-cu il təvəllüdlü Quliyev Eldar Bağır oğlu və Bakı sakini, 1999-cu il təvəllüdlü İsmayılov Fərid Mübariz oğlu xəsarət alıb. Bütün yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. pizza sifarişi

Hər iki faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!