İspaniya hökuməti əcnəbilərin ölkədə işləməsini asanlaşdırmaq üçün qanun layihəsi qəbul edib.
Yenisabah.az xəbər verir ki, immiqrasiya naziri Jose Luis Escriva, islahatla ölkədə 2 il və daha çox müddətə yaşayan əcnəbilərin qanuni əmək bazarında “körpü” rolunu oynayacağını və axtarılan peşələr üzrə təhsil almağa imkan verəcəklərini açıqlayıb.
Yeni qanunla ölkədə 2 il və daha çox yaşayan əcnəbi işçilər tələb olunan sektorlarda iş üçün təhsil və müvəqqəti yaşama icazəsi ala biləcəklər. pizza
Bundan əlavə, əcnəbi tələbələr təhsillərinin sonunda 3 il gözləmədən İspaniyada işə başlaya biləcəklər və onlara həftədə 30 saata qədər işləməyə icazə veriləcək.
Sözügedən islahatın mövsümi miqrant işçiləri əhatə edəcəyi bildirilsə də, əvvəlki prosedurların ləng və qeyri-kafi olduğu vurğulanıb.
İspaniyada 500 minə yaxın insan qeyri-rəsmi işləyir.
Telegram kanalımız