İspaniya Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə yoluxmuş xəstələr arasında artıq 2 ölüm faktının qeydə alındığını bildirib.
Yenisabah.az "INterfax"a istinadla xəbər verir ki, bu, Avropada meymun çiçəyi infeksiyası ilə bağlı təsdiqlənmiş ilk ölümlərdir. Daha əvvəl 5 nəfər Afrikada, 1 nəfər isə Braziliyada xəstəlikdən ölüb.
Hazırda İspaniyada 4298 təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib, 120 xəstə xəstəxanaya yerləşdirilib. Dominos pizza
Telegram kanalımız