İsrail dərhal ABŞ-a HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ləğvinin arxasında onun dayandığını bildirib.
Yenisabah.az “Washington Post”a istinadla xəbər verir ki, bunu nəşrin mənbələri bildiriblər.
Onların sözlərinə görə, Co Bayden administrasiyasının rəsmiləri Haniyənin öldürülməsinə təəccüblənib və bunu qəzəblə qarşılayıblar. Pepperoni pizza
Onlar bunu Qəzza zolağında atəşkəsi təmin etmək üçün aylarla davam edən səylərində uğursuzluq kimi qiymətləndiriblər.
ABŞ rəsmiləri İsrailin Vaşinqtona xəbər vermədən dəfələrlə Hizbullah və İran komandirlərinə zərbələr endirməsindən hiddətləniblər.
Analitiklər Haniyənin Qətərdə yaşadığını və xaricə səyahət etdiyini qeyd edərək, İsrailin baş naziri Benyamin Netanyahunun Tehranda olarkən HƏMAS liderini öldürməyə niyə üstünlük verməsi sualını gündəmə gətirir.
“Əgər sizin məqsədiniz müqaviləni başa çatdırmaq idisə, onda niyə bunu Haniyə ilə indi və iranlıları cavab verməyə məcbur edəcək şəkildə etdiniz? - nəşr ABŞ-ın İsraildəki keçmiş səfiri Dennis Rossdan sitat gətirir.
“The Washington Post”un sitat gətirdiyi anonim İsrail rəsmisi Netanyahu ilə Bayden arasında keçən həftə telefon danışığının “gərgin” olduğunu təsdiqləyir.
Telegram kanalımız