İsrail əsgərləri Hələb və Dəməşqin beynəlxalq hava limanlarına aviazərbələr endirib, nəticədə hava limanlarından birinin əməkdaşı həlak olub, daha bir nəfər isə yaralanıb.
Yenisabah.az SANA-ya istinadla xəbər verir ki, hücum saat 05:25-də həyata keçirilib.
Raketlər Aralıq dənizindən, Latakiyanın qərbində və işğal altında olan Suriyanın Culan bölgəsindən atılıb. Pepperoni pizza
Təcavüz nəticəsində hər iki hava limanında uçuş-enmə zolaqlarına da maddi ziyan dəyib, onları yararsız hala salıb.
Telegram kanalımız