İsrail döyüş təyyarələri Qəzzanın cənub-qərbində və mərkəzi hissəsində, Ən-Nuseyrat düşərgəsində Həmas-a məxsus iki məntəqəyə zərbələr endirib.
Yenisabah.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, döyüş təyyarələrinin HƏMAS-ın raket zavodunu və silahların istehsal edildiyi iki ayrı nöqtəni hədəf aldığı bildirilib.
Hücumun gecə saatlarında Qəzzadan İsrailə göndərilən raketlərə cavab olaraq həyata keçirildiyi vurğulanıb. Sezar pizza
Hücum nəticəsində bölgədə ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
Telegram kanalımız