İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubundakı Sidon şəhərində bir avtomobilə hücum edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı "Fəth" hərəkatına bağlı Əl-Əqsa Şəhidləri Briqadasının komandirlərindən biri olan general Xəlil Əl-Məkdanın öldürüldüyü bildirilib.
Məkdanın "Fəth" hərəkatının livanlı lideri Munir əl-Fatihin qardaşı olduğu deyilir. Munir əl-Fatih Məkdanın ölümünü təsdiqləyərək, “Bu, qələbə və şəhadətə aparan yoldur. Bu qətllər bizi daha da gücləndirir" deyib. Marqarita pizza
Telegram kanalımız