İsrail Hərbi Hava Qüvvələri Hələb Beynəlxalq Hava Limanına raket zərbəsi endirib. Nəticədə hava limanı sıradan çıxıb.
Yenisabah.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
“İsrail Suriyaya qarşı yeni təcavüzkar əməliyyat keçirib və saat 04:30-da Hələb beynəlxalq hava limanına raket zərbəsi endirib. Nəticədə uçuş-enmə zolağı zədələnib və maddi ziyan dəyib”, - deyə məlumatda bildirilir. pizza sifarişi
Departamentdən verilən məlumata görə, hücum Aralıq dənizi tərəfindən həyata keçirilib.
Qeyd olunur ki, bu, İsrailin bu ilin əvvəlindən Suriya ərazisinə endirdiyi 22-ci zərbədir.
Telegram kanalımız