ABŞ-nin xarici işlər naziri Entoni Blinken Netanyahunun HƏMAS-la atəşkəs razılaşmasına müsbət cavab verdiyini bildirib. Blinken İsrail baş nazirinin ötən həftə Qətərin paytaxtı Dohada baş tutan danışıqlardan sonra belə qənaətə gəldiyini qeyd edib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Blinken anoloji addımın HƏMAS tərəfindən də atılmalı olduğunu diqqətə çatdırıb. O, bölgədə davamlı və qalıcı sülhün əldə olunması üçün hər iki tərəfin kompromisə getməli olduğunu deyib.
ABŞ xarici işlər nazirinin müraciətinə isə HƏMAS tərəfindən hansısa rəsmi cavab verilməyib. Fələstinlilərin atəşkəs çağırışına müsbət reaksiya verəcəyi güman edilir. Marqarita pizza
Telegram kanalımız