İsrail - HƏMAS müharibəsində 60-cı saat: Qanlı döyüşlər qarşıdadır

saytların hazırlanması

Evə çatdırılma

İsrail - HƏMAS müharibəsində 60-cı saat: Qanlı döyüşlər qarşıdadır

Dünya

10 Oktyabr 2023 15:51 664


İsrail Silahlı Qüvvələrinin (SAXAL) Qəzza zolağına hücumu ilə bağlı hələ də rəsmi açıqlama yoxdur, lakin İsrailin 300 min ehtiyatda olan hərbçini səfərbər etməsi genişmiqyaslı quru hərbi əməliyyatının hazırlandığından xəbər verir. Bu isə o deməkdir ki, İsrail qarşısına müəyyən məqsədlər qoyub. 

Hazırda İsrail aviasiyası Qəzza zolağında HƏMAS-a bağlı olan hədəflərə zərbələr endirir. Lakin yerdəki vəziyyətdə heç bir dəyişiklik olmadığını söyləmək olar. Çoxlu sayda HƏMAS qrupları Bney Netzerimdən Qəzza zolağından 27 km məsafədə olan Ofakim-Netivot-Tifrah üçbucağına qədər kifayət qədər geniş əraziyə nəzarət edir və ya orada mövcuddur. 20-25 yaşayış məntəqəsi tam və ya qismən HƏMAS-ın nəzarətindədir. Onlar, əsasən, kiçik kəndlərdir və burada azmərtəbəli binalar yer alıb. Onlar tədricən fələstinlilər üçün qalaya çevriliblər. İsrailli hərbçilərin birinci eşelonunun gəlməsi və mövqelənməsindən sonra fələstinli yaraqlılar həmin yaşayış məntəqələrinə ağır hərbi texnika, o cümlədən zenit-raket kompleksləri aparır. Buna görə də, Qəzza zolağının sərhədlərinə yaxınlaşmaq üçün İsrail ordusu əvvəlcə qoşun toplamalı, sonra isə onları bütün sərhəd boyu düzməlidir. Bunu fərq etmədən həyata keçirmək isə çətin olacaq. 

Fələstinlilər İsrail piyadalarının hələ döyüşdə qarşılaşmadığı kvadrokopterlərdən və dron-kamikazelərdən fəal istifadə edirlər. İsrail hərbçilərinin 130 min nəfərlik şəxsi heyəti Fələstin qüvvələrinin çata bildiyi əsas ərazilərdən təcrid edilib və münaqişənin gərginləşməsinin başlanmasından 60 saat keçməsinə baxmayaraq, onlar hələ də azad etməli olduqları ərazilərə yaxınlaşa bilməyiblər.  Dominos pizza

İsrail ordusu ilə Fələstin yaraqlıları arasında atışma hələ də məhdud və yerli xarakter daşıyır və vizual təmasdan sonra baş verir. Bu, dolayısı ilə ondan xəbər verir ki, tərəflərin heç birinin hələ də düşmənin fəaliyyəti ilə bağlı operativ kəşfiyyat məlumatı yoxdur və təxminlər prinsipi ilə hərəkət edir. İsrail ordusunun etdiyi ilk böyük səhv çox gec hərəkət etmək oldu. 300 min ehtiyatda olan hərbçinin səfərbər olunması sübut edir ki, İsrail tərəfində döyüş təcrübəsi olan ciddi kadr çatışmazlığı var, lakin səfərbər olunanların özlərini necə nümayiş etdirə biləcəkləri hələ də bəlli deyil. 

Maraqlıdır ki, quru qoşunlarının sayı 130 min nəfər olan İsrail nizami və ya daimi ordusu təhlükəni aradan qaldıra bilməyib. Bu, istəmədən, şübhəli hərbi təcrübəyə malik 300 min şəxsi heyətin ciddi uğur qazana bilməyəcəyini düşünməyə əsas verir. İsrail tərəfi üçün də silah, texnika və müdafiə vasitələri çatışmazlığının olduğu aşkarlanıb. Ehtimal olunur ki, mövcud kəsiri doldurmaq və səfərbər olunanları formalaşma vəziyyətinə gətirmək, həmçinin cəbhəyə göndərmək üçün müəyyən vaxt lazımdır. Yəni fələstinlilərin işğal etdiyi ərazilərin azad edilməsi bir anda baş verməyəcək.

Fələstinlilərin əsas problemi İsrail ordusunun say üstünlüyü ola bilər, lakin çox güman ki, HƏMAS buna artıq hazırlaşıb. Burada əməliyyat-taktiki raket silahlarına, tank əleyhinə silahlara, artilleriyaya, öldürücü pilotsuz təyyarələrə sahib olan “Hizbullah” qruplaşmasının HƏMAS-a dəstək üçün şimaldan ikinci cəbhə açması mümkündür. “Hizbullah”ı şimaldan dayandırmaq üçün İsrail qüvvələrinin böyük bir hissəsini şimala yerləşdirməli olacaq. Şərq-qərb cəbhəsində İsrail ordusu HƏMAS-ın işğal olunmuş ərazilərdə qurduğu bazalar şəbəkəsi ilə qarşılaşacaq. Bütün bunları ümumiləşdirərək, demək olar ki, quru əməliyyatı son dərəcə mürəkkəb və qanlı ola bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!