İsrail “Hizbullah”ın raket qüvvələrinin başçısını məhv etdi 

saytların hazırlanması

Evə çatdırılma

İsrail “Hizbullah”ın raket qüvvələrinin başçısını məhv etdi 

Dünya

21 May 2024 15:26 565


İsrail Müdafiə Ordusu (SAXAL) Livanın sahil sektorunda "Hizbullah"ın raket qüvvələrinin komandanını hava zərbəsi ilə məhv edib. 

Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb. 

"Bazar ertəsi Livanın Tir bölgəsində İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə zərbə endirərək, "Hizbullah"ın raket qüvvələrinin sahil sektorundakı komandiri Qassem Saqlavini məhv edib. Saqlavi Livanın sahil sektorundan İsrailə çoxsaylı raket hücumlarının planlaşdırılmasına və həyata keçirilməsinə cavabdeh olan terrorçu idi", - məlumatda bildirilir.  Pepperoni pizza

Həmçinin qeyd olunub ki, gecə saatlarında "Hizbullah" tərəfindən Qərbi Qalileyaya atılan bir neçə raket yaşayış olmayan ərazilərə düşüb. Cavab olaraq, SAXAL-ın qırıcıları Livanın cənubundakı Ramyer bölgəsində "Hizbullah"ın raket buraxan qurğusuna zərbələr edib./Musavat.com 

Mənbə: "Israel Defense Forces" "Telegram" kanalı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!