İsrail Livanı bombaladı - Bölgə “qan çanağı”na çevrilir

saytların hazırlanması

Evə çatdırılma

İsrail Livanı bombaladı - Bölgə “qan çanağı”na çevrilir

Dünya

23 Oktyabr 2023 10:43 436


İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları Livanın hava məkanında bu ölkənin şərq və şimal rayonları üzərində kəşfiyyat uçuşları həyata keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Al Wataniya” xəbər yayıb. 

Məlumata görə, təyyarələr “Hizbullah”ın əsas forpostunun yerləşdiyi Baalbek üzərində səmada görüntülənib.  pizza hut

Agentliyin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri bu sektorda əvvəllər yəhudi yaşayış məntəqələrinə silahlı hücumların həyata keçirildiyi Duheyra və Alma əş-Şaab kəndlərinə zərbələr endirib. 

“Hizbullah”ın hərbi informasiya xidməti səhər saatlarında qruplaşmanın döyüşçüləri tərəfindən həyata keçirilən əməliyyat barədə məlumat verib və bildirib ki, bu əməliyyat zamanı Şəba bölgəsindəki Ruveysatdakı müşahidə məntəqəsi və radar stansiyası atəşə tutulub. İsrailin beşinci “Merkava” tankının raketlə vurulduğu iddia edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!