İsrail ordusu Qəzza zolağına daxil oldu

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu Qəzza zolağına daxil oldu

Dünya

27 Oktyabr 2023 09:22 507


İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir. Dördpendirli pizza

Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar və "HƏMAS-la terrorçu hədəflərə" qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!