İsrail ordusu Rəfah şəhərində əməliyyata başladı

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu Rəfah şəhərində əməliyyata başladı

Dünya

06 May 2024 09:44 386


İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. 

“Report” xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb. 

Bildirilib ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir.  Dördpendirli pizza

BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb. 

İnformasiyaya əsasən, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib. 

Əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!