İsrail Qasım Süleymaninin öldürülməsinə razı deyildi - Tramp

saytların hazırlanması

Evə çatdırılma

İsrail Qasım Süleymaninin öldürülməsinə razı deyildi - Tramp

Dünya

12 Oktyabr 2023 11:46 355


Ayətullahlar Qasım Süleymanidən qorxurdular, o, öldürüləndə sevindilər. 

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. 

O, İsrailin Baş nazirinin Süleymaninin öldürülməsinə qarşı olduğunu bildirib.  pizza hut

“Benyamin Netanyahu ölkəsinin Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirakına icazə vermədi. İndi isə onun öldürülməsindən öz etibarı xeyrinə istifadə edir”, - Tramp qeyd edib. 

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ ordusunun zərbələri nəticəsində Bağdad aeroportunda öldürülüb. Həmin vaxt Tramp ABŞ prezidenti idi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!