İsrail səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

İsrail səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı

Dünya

26 İyul 2022 10:58 776


İsrailin Ukraynadakı səfirliyi vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb. 

“Report” xəbər verir ki, bu barədə İsrailin Kiyevdəki səfirliyi feysbukda məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarına yəhudilərin yığcam yaşadığı Uman şəhəri daxil olmaqla Ukraynaya səfər etməməyə çağırıb: pizza mizza

“Ukraynada əhalinin məskunlaşdığı ərazilərə və mülki obyektlərə, o cümlədən ölkənin mərkəzində və qərbində raket zərbələri və hava hücumları təhlükəsi qalmaqdadır. Bu, həyat üçün real təhlükədir”.

Qeyd olunub ki, İsrail səfirliyinin əməkdaşları daimi əsaslarla Ukraynada deyillər və ehtiyac olduğu halda konsulluq yardımı göstərə bilməyəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!