İsrail tankları Qəzza zolağına doğru irəliləyir - KİV

saytların hazırlanması

Evə çatdırılma

İsrail tankları Qəzza zolağına doğru irəliləyir - KİV

Dünya

28 Oktyabr 2023 00:56 733


“Qəzzada quru əməliyyatının genişləndirilməsi hamının gözlədiyi yerüstü əməliyyat deyil”.

"Report"un məlumatına görə, bu barədə İsrail ordusunun mənbələri “Fox News” telekanalının İsraildəki müxbirinə Qəzza ilə sərhəddə baş verənlərlə bağlı bildiriblər.

Daha əvvəl məlumat verilmişdi ki, İsrail müdafiə qüvvələrinin tank birləşmələri Fələstin anklavının şimalında yerləşən Beyt-Hanun şəhərində təhlükəsizlik səddinə bitişik ərazidə Qəzza zolağına doğru irəliləyir. Toyuqlu pizza

"Sky News Arabia"nın məlumatına görə, anklavın şimal sərhədində atışma və partlayış səsləri eşidilib. Öz növbəsində “Al Arabiyya” telekanalı qonşu Beyt Lahiya şəhərinin intensiv atəşə tutulduğunu qeyd edib. İsrail ordusu Qəzza zolağının şimalı üzərində də məşəllərdən atəş açıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!