İsrail bir neçə cəbhədə döyüşə hazırlaşmaq üçün aktiv şəkildə bombalar, raketlər, pilotsuz uçuş aparatları və digər silahlar alır.
Yenisabah.az Ynet-ə istinadla xəbər verir ki, bu, Yəmən husilərinin İsrail ərazisinə pilotsuz təyyarələr, ballistik və qanadlı raketlər atması ilə əlaqədar baş verir.
Həm İsrail hərbi sənaye kompleksinin, həm də xarici dövlətlərin istehsal etdiyi silahların alınmasına artıq 1,5 milyard dollara yaxın vəsait xərclənib. Təhvil verilmiş nümunələrin bəziləri artıq döyüş meydanında, eləcə də arxa müdafiəni təmin etmək üçün istifadə olunur. pizza
İsrail Müdafiə Nazirliyinin Silah və Texnoloji İnfrastruktur İnkişafı İdarəsi müdafiə qabiliyyətini gücləndirmək üçün tədbirlərin hazırlanmasına 750 milyon dollardan çox sərmayə qoyub. Ölkədə 651 sənaye obyekti hərbi vəziyyətə keçirilib.
Bundan əlavə, minlərlə yük maşını və minik avtomobili hərbi istifadə üçün rekvizisiya edilib.
Telegram kanalımız