İsraildə etirazlar davam edir - On minlərlə insan küçəyə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İsraildə etirazlar davam edir - On minlərlə insan küçəyə çıxdı

Dünya

23 İyul 2023 09:49 738


İsrailin Təl-Əvivdə yerləşən parlament binası qarşısında etiraz aksiyası keçirilib. 

Yenisabah.az xəbər verir ki, aksiyada on minlərlə israilli iştirak edib. 

Məhkəmə islahatlarına etiraz etmək məqsədilə keçirilən aksiya baş nazirin iqamətgahı yaxınlığında başlayıb. Etiraz yürüşü bu həftənin əvvəlindən etibarən davam edir.  Pepperoni pizza

Mart ayından bəri İsraildə məhkəmə islahatları ilə əlaqədar genişmiqyaslı etirazlar keçirilir. Dəyişikliklərə əsasən, hökumət hakimlərin təyinatına və Ali Məhkəmənin səlahiyyətlərinin azaldılmasına nəzarət edəcək. Etirazlara görə qanun layihəsinə baxılması yaya qədər təxirə salınıb.

İyun ayında baş nazir Benyamin Netanyahu islahatların davam etdiriləcəyini açıqlayıb. İyulun 20-də axşam saatlarında baş nazir hələ də müxalifətlə razılığa gəlməyə çalışdığını bəyan edib. İslahatın əleyhdarları bunu demokratiya üçün təhlükə hesab edir. Qanun layihəsi üzrə yekun səsvermənin gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!