İsrail ölkədəki müsəlmanların Həcc ziyarətlərini yerinə yetirə bilmələri üçün Səudiyyə Ərəbistanına birbaşa uçuşlar açmağı planlaşdırır.
Yenisabah.az "The Times of Israel"ə istinadla xəbər verir ki, İsrailin Regional Əməkdaşlıq naziri İssavi Freyc mətbuata verdiyi açıqlamasında "İsraildəki müsəlman vətəndaşların bir il ərzində Həcc ziyarətlərini yerinə yetirmək üçün birbaşa Təl-Əvivdən Ciddəyə uça biləcəklərinə inanıram" - deyə bildirib.
Özünün də müsəlman olduğunu xatırladan İsrail naziri İssavi Freyc "Arzular gerçəkləşə bilər" - deyə əlavə edib. Dominos pizza
Telegram kanalımız