İsraildən SON DƏQİQƏ açıqlaması - Qırıcılar İrana zərbə endirmək üçün... 

saytların hazırlanması

Evə çatdırılma

İsraildən SON DƏQİQƏ açıqlaması - Qırıcılar İrana zərbə endirmək üçün... 

Dünya

15 Avqust 2024 12:17 736


İsrail Hərbi Hava Qüvvələri İrandan mümkün hücuma hazırlığı gücləndirməkdə davam edir. 

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. 

Qeyd olunub ki, hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı ən yüksək vəziyyətə gətirilib. Hərbi Hava Qüvvələri keçən ay Yəməndə husilərə qarşı Hudeydə limanına endirilən zərbəyə bənzər uzun mənzilli hücum ssenarilərini ehtiva edən təlimlər keçirir.  pizza

Məlumatda bildirilir ki, İsrail təhlükəsizlik xidmətləri İranın daha təkmil müdafiə sistemlərinə, o cümlədən hava hücumundan müdafiə sistemlərinə və radarlara malik olduğunu bilir. Bu həftənin əvvəlində İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi İDF-in Hərbi Hava Qüvvələri üçün əməliyyat planlarını və hədəf siyahısını təsdiqləyib. 

KAN-ın müxbiri İtay Blumentalın sözlərinə görə, tam silahlanmış və yanacaqla təchiz edilmiş onlarla qırıcı İrana zərbə endirmək üçün bazalarda əmr gözləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!