"İsrail İrana hücum etməyə cəsarət etməyəcək".
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani bildirib.
O deyib: "Sionist rejimin (İsrail - red.) son təhdidləri sadəcə psixoloji müharibədir və bu rejimin İranla hərbi qarşıdurma aparmağa nə cəsarəti, nə də imkanı var". Toyuqlu pizza
O, İranın İsrailin istənilən axmaqlığına sərt cavab verəcəyini vurğulayıb:
"İranın sionist rejimin törətdiyi hər hansı axmaqlığa qarşı reaksiyası dağıdıcı olacaq".
Bundan əvvəl İsrail ordusunun komandanı Aviv Koçavi İranın nüvə proqramına hərbi cavab hazırlamağın İsrailin “mənəvi borcu” olduğunu bildirərək, bu cür təlimlərin hərbi hazırlıqların “mərkəzində” olduğunu bildirib.
Telegram kanalımız