İsrailli nazir yenə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrailli nazir yenə xəbərdarlıq etdi

Dünya

29 Dekabr 2021 10:10 641


İsrailin xarici işlər naziri Yair Lapid İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini və nüvə danışıqlarında iştirak edən ölkələri, xüsusilə də ABŞ-ı “açıq şəkildə məlumatlandırdıqlarını” bildirib.

Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, nazir parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində etdiyi çıxışda deyib:

"İranın nüvə proqramını dayandırmaq İsrailin əsas təhlükəsizlik və xarici siyasət sınağıdır". pizza

Avstriyanın paytaxtı Vyanada nüvə danışıqlarına qatılan ABŞ başda olmaqla bütün beynəlxalq güclərlə görüşdüyünü qeyd edən Lapid əlavə edib:

“Bunu hər kəsə açıqladıq: İranın nüvə silahı ölkəsinə çevrilməsinə icazə verməyəcəyik. Prioritetimiz təbii ki, beynəlxalq əməkdaşlıqla hərəkət etməkdir, lakin lazım gələrsə, özümüzü müdafiə etməkdən də çəkinməyəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!