İsrailli qadına narkotiklərə görə ömürlük həbs cəzası

saytların hazırlanması

Evə çatdırılma

İsrailli qadına narkotiklərə görə ömürlük həbs cəzası

Dünya

08 İyul 2022 15:40 791


Birləşmiş Ərəb Əmirlikləri narkotik ittihamı ilə təqsirli bilinən israilli qadını ömürlük həbs cəzasına məhkum edib.

Yenisabah.az xəbər verir ki, əvvəlcə məhkəmə ona ölüm hökmü çıxarsa da, keçən həftə hökmü ləğv edib.

İsrailin Hayfa şəhərinin 43 yaşlı sakini Fida Kivan 2021-ci ilin martında həbs edilib. Səlahiyyətlilər onun qaldığı mənzildə marixuana, kokain və MDMA həblərinin tapıldığını və o, narkotik satmaqda ittiham olunaraq məhkum edildiyini bildirib. Kivan ittihamları rədd edib. Dördpendirli pizza

İsrail Xarici İşlər Nazirliyi ötən həftə ölüm hökmünün ləğvi qərarını alqışlayaraq, "hüquqi və digər kanallar vasitəsilə aparılan səylərin ölüm hökmünün ləğvi ilə nəticələnməsindən məmnun olduğunu" bildirib.

BƏƏ dünyanın ən sərt narkotik qanunlarına malikdir. Ölkə qanunvericiliyi bəzi hallarda ölüm cəzasına icazə versə də, ölüm cəzası nadir hallarda tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!