İsrailyönlü qruplar Ərdoğanın səfərini ləğv etdirmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

İsrailyönlü qruplar Ərdoğanın səfərini ləğv etdirmək istəyir

Dünya

24 Aprel 2024 14:06 501


ABŞ-dakı bəzi siyasi qruplar, o cümlədən israilyönlü qruplar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-na planlaşdırılan Vaşinqton səfərini ləğv etmək üçün səy göstərir.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi bildirib.

O qeyd edib ki, Türkiyənin siyasi dairələrindəki mənbələrdən alınan məlumata görə, Ərdoğan administrasiyası və ABŞ prezidenti Co Bayden hələ də səfərə hazırlaşır. Pepperoni pizza

Bundan əvvəl Türkiyənin bəzi müstəqil və müxalif medialarında səfərin ləğv edilməsi ilə bağlı xəbərlər yayılmışdı.

Selvi yazır ki, Ərdoğan administrasiyasından səfərə hazırlığın dayandırılması ilə bağlı heç bir göstəriş olmayıb. Ərdoğan və Bayden arasında mayın 9-da danışıqların aparılması perspektivi ilə iş davam edir.

Müşahidəçi qeyd edir ki, ABŞ-da bəzi siyasi qruplar səfərin ləğvinə çalışırlar. Amerikalı lobbiçilər iddia edirlər ki, Ərdoğanın HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə son görüşündən sonra Baydenlə danışıqlar ABŞ-ın hazırkı prezidentinin elektoratının dəstəyinin səviyyəsinə mənfi təsir göstərə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!