İstanbul Fond Birjası fəaliyyətini dayandırdı - Lirə ucuzlaşdığına görə

saytların hazırlanması

Evə çatdırılma

İstanbul Fond Birjası fəaliyyətini dayandırdı - Lirə ucuzlaşdığına görə

Dünya

20 Dekabr 2021 17:47 887


İstanbul Fond Birjası  türk lirəsinin növbəti rekord ucuzlaşması fonunda qiymətli kağızlarla ticarəti yenidən avtomatik dayandırıb.

Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, birja bununla bağlı açıqlama yayıb:

"Saat 15:54-ə avtomatik sistem işə salınıb. Birjanın bütün istiqamətləri üzrə əqdlər müvəqqəti olaraq dayandırılıb: səhmlər, fyuçers və opsionlar üzrə sövdələşmələrdə, həmçinin səhmlər və borc qiymətli kağızlar üzrə repo hərraclarda”, - bildirilir. Toyuqlu pizza

Hazırda səhər ticarət başlayandan türk lirəsi dollar qarşısında təxminən 7,67% dəyər itirib. Məzənnə 1 dollar üçün 17,78 lirəyə kimi bahalaşıb ki, bu da türk valyutası üçün növbəti tarixi rekorddur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!