İstanbulda polis beynəlxalq silahlı mütəşəkkil cinayətkar “Comanchero” qruplaşmasının liderlərindən biri Həsən Ayık, eləcə də təşkilatın daha 37 üzvünü həbs edib.
Yenisabah.az TRT Harber-ə istinadla xəbər verir ki, “Komançero”ya daxil olan dəstələrin rəhbərləri türk və xarici təşkilatların rəhbərləri və üzvləri ilə birlikdə Türkiyəyə gələrək Cənubi Amerikadan Avstraliya, Hollandiya və Honq Konqa narkotik çatdırmağa cəhd ediblər. Onlar çirkli pulların yuyulmasında da şübhəli bilinirlər.
H. Ayık Avstraliya və ABŞ-da axtarışa verilib. Mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərliyi və üzvlərinin saxlanılması üçün İstanbulda “Qəfəs” əməliyyatı elan edilib. Toyuqlu pizza
İstintaq təşkilatın 55 şübhəlidə tapılan təxminən 4,5 milyard türk lirəsi (təxminən 160 milyon dollar) dəyərində aktivlərinə həbs qoyub. Bu aktivlərə bank hesabları, daşınmaz əmlak, nəqliyyat vasitələri və 22 şirkətin səhmləri daxildir.
Telegram kanalımız