“İstanbulda görüşməyə hazırıq“ - Müdafiə naziri

saytların hazırlanması

Evə çatdırılma

“İstanbulda görüşməyə hazırıq“ - Müdafiə naziri

Dünya

03 Fevral 2022 15:13 743


"Rəsmi Kiyev, istənilən başqa yerdə olduğu kimi, İstanbulda da Donbass üzrə danışıqlara hazırdır".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

O əlavə edib ki, bunun üçün qarşı tərəfin razılığı lazımdır. Sezar pizza

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya Federasiyası və Ukraynanın “Minsk” formatında görüşünə ev sahibliyi etməyə hazırdır,

Türkiyə XİN-dəki mənbə onu da bildirib ki, Türkiyə tərəfi İstanbulda əvvəlki eyni oyunçuların: Rusiya, Ukrayna, Donbass nümayəndələri və ATƏT-in iştirakı ilə Minsk razılaşmaları üzrə danışıqlar təşkil etməyi planlaşdırır.

Reznikovun sözlərinə görə, Türkiyə prezidenti açıq şəkildə belə bir təkliflə çıxış edib və danışıqlar platformasının İstanbula verilməsi ilə bağlı Kiyevlə məsləhətləşmələr aparılıb.

Reznikov brifinqdə deyib: “Biz müsbət cavab verdik: bəli, əgər bu platforma İstanbuldadırsa, razıyıq. Ukrayna tərəfi İstanbulda, eləcə də Cenevrədə, Vyanada və qərəzliliyin olmadığı hər yerdə danışıqlara hazırdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!